Qəzada yaralanan motosiklet sürücüsü öldü
13 may 2018 22:12 (UTC +04:00)

Qəzada yaralanan motosiklet sürücüsü öldü

0

Mayın 9-da Lənkəranda  baş verən yol qəzasında yaralanan şəxslərdən biri bu gün dünyasını dəyişib.

 

APA-nın cənub bürosunun məlumatına görə, "Muravey" markalı motosiklet ilə "VAZ 2107" markalı avtomobilin toqquşması zamanı kəllə-beyin travması alan motosiklet sürücüsü Qurban Abbasov müalicə aldığı xəstəxanada həyatını itirib.

 

Q. Abbasovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

 

Qeyd edək ki, hadisə mayın 9-da Ələt-Astara magistral yolunun rayonun Digah kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ-2107" markalı avtomobil ilə "Muravey" markalı motosikletin toqquşması zamanı motosikletin sürücüsü və sərnişini - Lənkəran şəhər sakini Q. Abbasov və rayonun Ürgə kənd sakini Samir Şiriyev yaralanmışdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 655

Oxşar yazılar