Prezident İlham Əliyev “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya” təsdiq edilib.
Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Səhiyyə Nazirliyi müəyyən edilib.
Nazirlər Kabineti strategiyanın icrasının gedişi barədə hər il üzrə növbəti ilin aprel ayının 1-dək ölkə prezidentinə hesabat təqdim etməlidir.