Ötən axşam Moskvada qətlə yetirilən azərbaycanlı ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın məlumatına görə, Moskvanın cənub-qərbində güllələnən 52 yaşlı Ənvər Həsənovun biznesmen olduğu üzçə çıxıb. Musavat.com Rusiya İstintaq Komitəsinin saytına istinadən xəbər yayıb ki, Ənvər Həsənovun “Mercedes” markalı maşınından külli miqdarda pul tapılıb.
Meyitin tapıldığı maşına baxış keçirilib, gilizlər və külli miqdarda pul aşkarlanıb.
Xatırladaq ki, 52 yaşlı Ənvər Həsənovun meyiti Novomarinsk küçəsində avtomobilinin salonundan tapılıb.