Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən İsmayıl İmanverdiyev, Elgiz Cəfərov və Rafiq Namazovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Azər Orucov sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı yanvarın 27-ə təyin edilib.
Qeyd edək ki, keçən il iyulun 15-də Şabran rayon sakini Rövşən Əyyubov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb və ertəsi gün orada dünyasını dəyişib.
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əyyubovu qətlə yetirməkdə şübhəli bilinən İsmayıl İmamverdiyev, Elgiz Cəfərov və Rafiq Namazov saxlanılıb.