Bu gün millət vəkili Qənirə Paşayevanın şeirlərindən ibarət "Ağla mənim üçün bu şəhər və sən" albomu təqdim olunub.
Lent.az-ın məlumatına görə, sözləri Q. Paşayeva, musiqisi Qqtay Kazimiyə məxsus mahnılardan ibarət albomun satışından əldə olunacaq bütün vəsait Şəhid Anaları Cəmiyyətinə bağışlanıb.
Q. Paşayeva təqdimat mərasimindəki çıxışında albomun 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə işıq üzü gördüyünü qeyd edib.
Millət vəkili deyib ki, albomun satışından əldə olunan vəsaitlə Şəhid Anaları Cəmiyyətinin saytı yaradılacaq, bəzi kitab və video materiallar hazırlanacaq.
Tədbirdə Şəhid Anaları Cəmiyyətinin sədri, Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova çıxış edərək, bu addıma görə minnətdarlığını bildirib.
Daha sonra Gülyanaq Məmmədova, Elza Seyidcahan, Əbdülxalid, Ayaz Qasımov albomdakı mahnıları ifa ediblər.