Qəbələ Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol nəqliyyat hadisəsi rayonun girişində qeydə alınıb. Balakən rayon sakini 1991-ci il təvəllüdlü Elnur Nəriman oğlu Qurşayevin idarə etdiyi “Mercedes” markalı avtomobillə “Kamaz” markalı yük maşını toqquşub.
Nəticədə “Mercedes”də olan iki sərnişin-Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Fuad Eyyub oğlu Qəhrəmanov və Balakən rayon sakini, 1985-ci il təvəllüdlü Zaur Sədullah oğlu Orucov hadisə yerində ölüblər.
“Mercedes”in sürücüsü E. Qurşayev kəllə-beyin travması diaqnozu ilə Qəbələ Mərkəzi Rayon Xəstəxanasına yerləşdirlib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.