Qəbələdə avtoqəza: 3 nəfər xəsarət alıb
27 dekabr 2012 22:26 (UTC +04:00)

Qəbələdə avtoqəza: 3 nəfər xəsarət alıb

0

 

 

Qəbələ rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Böyük Pirəli kəndində qeydə alınıb. Belə ki, Böyük Pirəli kənd sakini Füzuli Zeynalov idarə etdiyi “VAZ – 2107” markalı maşını ilə hərəkət edərkən idarəetməni itirərək yolun kənarında dayanmış traktor qoşqusuna çırpılıb. Nəticədə sürücü və yaxınlığında olan piyadalar  Saleh Əzəmmədov və Tərlan Niftəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 772

Oxşar yazılar