“Mən orada olanda, sakitlik idi. Qəflətən “Ford” markalı maşından düşən bir nəfər odlu silahla ticarət mərkəzinə hücum etdi. O, əlindəki “Vinçester” markalı tüfənglə iki dəfə atəş açmağa cəhd etsə də, alınmadı. Onun yanında olduğum üçün silahı əlindən almağa çalışdım. O, mənə 5 dəfə atəş açdı, yerə yıxıldım. Sonra o, ətrafdakıları güllələdi. Gözümün qarşısında ticarət mərkəzinin rəhbərini və işçisini öldürdü”.
Bədənindən 5 güllə yarası alan Zöhrab Cavadovun vəziyyəti hazırda orta-ağırdır.
***
18.15
Bu gün Qəbələ şəhərində silahlı insident baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Qəbələ şəhərində odlu silahla iki nəfər qətlə yetirilib. Hadisəni törədən şəxs saxlanılıb.
Hazırda qətlə yetirilmiş şəxslərlə bağlı məlumatlar dəqiqləşdirilir. Ətraflı məlumat veriləcək.