Martın 9-da saat 22.50 radələrində Qazax rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ağköynək kəndi ərazisində, rayon sakini Natiq Mahmudova məxsus yardımçı otaqda yanğın baş verib. Nəticədə oranın yanar konstruksiyaları yanıb, yanğın söndürüldükdən sonra orada gözətçi işləmiş Ağstafa rayon sakini Eyvaz Heydərovun yanmış meyiti tapılıb.
Faktla əlaqədar araşdırmalar aparılır.