Bu gün Siyəzən rayonunda bıçaqlanma faktı qeydə alınıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Siyəzən şəhəri Tofiq İsmayılov 5, mənzil 11 ünvanında yaşayan 1972-ci il təvəllüdlü Cəbiyev Azər Cəmaləddin oğlu bıçaqlanıb.
O, dərhal Siyəzən Regional Müalicə Diaqnoztika Mərkəzinə çatdırılıb. Xəsarət alan şəxsə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Onun xəsarəti daxilə nüfuz etmədiyindən tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb.
Siyəzən rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Azər Cəbiyev qaynı Əmrulla adlı şəxs tərəfindən bıçaqlanıb. Hadisənin münaqişə zəmnində baş verdiyi bildirilir. Keçirilən əməliyyat nəticəsində hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı Siyəzən RPŞ-də araşdırmalar davam etdirilir.