Qaxda dəhşət: iki nəfər naməlum şəraitdə öldürülüb - <span style="color:red;">YENİLƏNİB
14 aprel 2014 11:58 (UTC +04:00)

Qaxda dəhşət: iki nəfər naməlum şəraitdə öldürülüb - YENİLƏNİB

Qaxda qətlə yetirilən şəxslərin iki qardaş olduğu açıqlanıb. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində evdə meyiti tapılan şəxslərin milliyyətcə gürcü olan Azərbaycan vətəndaşları 1956-cı il təvəllüdlü Rosyaşvili İasi İsaqoviç və 1960-cı il təvəllüdlü Rosyaşvili Esaryan İsaqoviç olduğu müəyyənləşib.
 
Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.
 
Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 

 

Faktla bağlı Qax Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.

 

*****

 

11:47

 

Azərbaycanın Qax rayonunda dəhşətli qətl törədilib.


 

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Vaqif Eyvazov küçəsində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb. Həmin ünvanda iki kişinin üzərində kəsilmiş-deşilmiş xəsarətləri olan meyitləri tapılıb.

 

Öldürülən şəxslərin adları açıqlanmasa da, onların milliyyətcə gürcü olduğu bildirilir.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

# 2380
avatar

Oxşar yazılar