Bakıda qətl törədən şəxs tutulub.
Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 3-də Binəqədi rayonu ərazisindəki kafelərin birindən Saatlı rayon sakini Əflan İsgəndərovun bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə məlumat daxil olub.
Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları müvafiq tədbirlər həyata keçirib.
Aparılmış istintaq, əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Daşkəsən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş T.İsmayılov könüllü olaraq Binəqədi rayon 4-cü Polis Şöbəsinə gələrək istintaqa təslim olub.