Avqustun 29-da Tovuz rayonunun Əyyublu kənd sakini İvan Hüseynov münaqişə zəminində həmkəndlisi Rəşid Əliyevi bıçaqla vurmağa cəhd göstərib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İvan Hüseynov bu zaman araya girmiş Rəşid Əliyevin bacısı Təranəyə bıçaqla xəsarət yetirib.
Xəstəxanaya yerləşdirilmiş Təranə Əliyeva sentyabrın 3-də orada ölüb. Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İvan Hüseynov tutulub. Faktla əlaqədar cinayət işi başlanıb.