Qardaş bacısını amansızlıqla öldürdü
12 dekabr 2015 11:14 (UTC +04:00)

Qardaş bacısını amansızlıqla öldürdü

0
Lerikdə dəhşətli qətl hadisəsi baş verib.

Lerik Rayon Polis ŞöbəsindənAPA-nın cənub bürosuna verilən məlumatına görə, hadisə ötən gün rayonun Kaqoy kəndində qeydə alınıb.  

 

Kənd sakini, 1990-cı il təvəllüdlü Valeh Şahverdiyev şəxsi münasibətlər zəminində  bacısı, 1983-cü təvəllüdlü Xəyaləni çoxsaylı bıçaq xəsarətləri yetirməklə öldürüb. 
 

Hadisəni törətmiş şəxs rayonun hüquq-mühafizə orqanları tərəfindən tutularaq istintaq orqanlarına təhvil verilib.
 

Faktla bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 468

Oxşar yazılar