Mingəçevirdə mənzildə meyit tapıldı
27 yanvar 2015 18:02 (UTC +04:00)

Mingəçevirdə mənzildə meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Mingəçevir şəhərində, mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Lent.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, müraciət nəticəsində Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə giriş qapısını bayır tərəfdən açaraq daxil olublar. Yanğınsöndürən-xilasedicilər mənzilə baxış keçirərkən 1950-ci il təvəllüdlü Eldar Məcid oğlu Vəliyevin cəsədini aşkarlayıb aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 15:21-da başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 154

Oxşar yazılar