Səbail rayonunda mənzildə meyit tapılıb.
FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Səbail rayonunda fərdi yaşayış evində 1951-ci il təvəllüdlü Srednovo Larisa Qriqoryevna bağlı qapı arxasında qalıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin qapısını açmış və adı çəkilən şəxsin cəsədini aşkar ediblər.
S.Larisa cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 13:31-də başa çatıb.