Qanunsuz ovlanmış 300-dək qaşqaldaq müsadirə edildi
11 dekabr 2015 00:42 (UTC +04:00)

Qanunsuz ovlanmış 300-dək qaşqaldaq müsadirə edildi

Sabirabad polisi qanunsuz ovla bağlı rayon ərazisində reydlər keçirib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayon polis şöbəsi dekabrın 9-da və 10-da qanunsuz ovun qarşısını almaq üçün reyd keçirib. Keçirilən reyd zamanı Şirvan şəhər sakini, Həsənov Mürvət Ağarza oğlunun idarə etdiyi “VAZ 2106” markalı 54 BC 584 dövlət nömrə nişanlı avtomobilinə baxış keçirilərkən oradan qanunsuz ovlanmış 276 qaşqaldaq və 11 ördək götürülüb. M.Həsənovun qeyd etdiyinə görə,  ov quşlarını Sarısu gölündən bir neçə ovçudan 2,5 manata alıb.

 

Qanunsuz ovla bağlı Sabirabad polisi tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

 

Həmçinin, Sabirabad rayon Şəhriyar kənd sakini Mirzəyev Arif Fitatxan oğlu, Mürsəlli kənd sakini Zeynalov Balaca İltimas oğlu və Əsədli kənd sakini Qurbanov Namiz Rafiq oğlundan 3 ədəd sənədsiz ov tüfəngi götürülüb. Onlar barəsində protokol tərtib edilərək Sabirabad rayon məhkəməsinə baxılmaq üçün göndərilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 279
avatar

Oxşar yazılar