Azərbaycana qeyri-qanuni yolla mobil telefon keçirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Gürcüstan istiqamətindən «Маzımçay» gömrük postuna daxil olan Azərbaycan vətəndaşı Rəhimov Elxan Məhəmməd oğlunun idarə etdiyi “Hyundai accent” markalı, 10-OS-527 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.Yoxlama zamanı avtomobilin arxa oturacağının altından, həmin nəqliyyat vasitəsində sərnişin kimi gələn Rəsullu Zaur Mehman oğluna məxsus, gömrük nəzarətindən gizlədilən 8 ədəd “SONY” markalı mobil telefonlar aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır