Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda, qanunsuz azadlıqdan məhrum etmədə təqsirləndirilən Hacı Sadıqov və Cantik Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 145-ci (azadlıqdan məhrum etmə, adam oğurluğu) maddəsi ilə ittiham olunublar.