Qanlı cinayət törədən şəxsə 7 il həbs cəzası verilib
25 yanvar 2016 11:48 (UTC +04:00)

Qanlı cinayət törədən şəxsə 7 il həbs cəzası verilib

 

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərbə vurmaqda və xuliqanlıqda təqsirləndirilən Azər Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Azər Məhərrəmov 7 il müddətə azadlıqdan məhrum edilib.

 

 

Qeyd edək ki, hadisə keçən aprel ayında Səbail rayonunda baş verib. Bakı şəhər sakini Heydər Məhərrəmov naməlum şəraitdə bıçaqlanıb. O, ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olib.

 

8-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Şəmkir rayon sakini Azər Məhərrəmov tutulub.

 

Ona Cinayət Məcəlləsinin 126.1(qəsdən sağlamlığa ağır zərbə vurma) 221.1( xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 203
avatar

Səlcuq Elçin

Oxşar yazılar