Qadınlara qarşı cinayət törədənlər tutuldu
24 noyabr 2015 12:55 (UTC +04:00)

Qadınlara qarşı cinayət törədənlər tutuldu

0

Yevlaxda quldurluq etmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 20-də Nazlı Bayramovanın 800 manatını və qızıl əşyalarını quldurluq yolu ilə almış Elvin Şahverdiyev tutulub.

 

Bundan başqa Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də Nuriyyə Axundovanın 104 manatını soyğunçuluq yolu ilə almış həmyerlisi Racif Səmədov yaxalanıb.

 

Hər iki faktla bağlı araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 239

Oxşar yazılar