Qadının pul kisəsini alıb qaçanda yaxalandı
27 noyabr 2015 13:34 (UTC +04:00)

Qadının pul kisəsini alıb qaçanda yaxalandı

0

Bakıda soyğunçuluq hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 26-da saat 01 radələrində Xətai rayonunun R.Bağırov küçəsində Bakı şəhər sakini Fərqanə Eminovanın pul kisəsini açıq talama yolu ilə əlindən alıb qaçmağa cəhd göstərmiş Gürcüstan vətəndaşı Kənan Qələndərov həmin ərazidə xidmət aparan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Mühafizəsi üzrə Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. O, Xətai RPİ 37-ci PB-yə təhvil verilib.

 

Xətai RPİ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 239

Oxşar yazılar