Lənkəranın Liman şəhərində quldurluq hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinni mətbuat xidmətinə istinadən xəbər verir ki, Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 24-də Liman şəhərində yaşayan Nisə Cabbarovanın evinə girib onu bıçaqla hədələyərək pul verməsini tələb etmiş həmyerlisi Allahverdi İmanzadə tutulub.
Araşdırmalar davam etdirilir.