Qadını şantaj edən kişinin cəzası azaldıldı
31 avqust 2016 10:49 (UTC +04:00)

Qadını şantaj edən kişinin cəzası azaldıldı

Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Roland Abdiyevin birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.

 

 

Lent.az-ın məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən, R.Abdiyevin apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. R.Abdiyevin 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilib.

 

 

Qeyd edək ki, R.Abdıyev internetdə tanış olduğu Abşeron rayon sakini olan qadınla yaxın münasibətdə olduqdan sonra əlindəki özəl görüntülər ilə onu şantaj edərək hədələyib. Daha sonra qadın hüquq-mühafizə orqanlarına müraciət edib. Ötən ilin noyabr ayının 6-da Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadından 100 manat alarkən Ağstafa rayon sakini R.Abdiyev tutulub. O, Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 267
avatar

Səlcuq Elçin

Oxşar yazılar