Qadını öldürüb yandıran "zek"ə 18 il 6 ay HƏBS
13 mart 2015 11:00 (UTC +04:00)

Qadını öldürüb yandıran "zek"ə 18 il 6 ay HƏBS

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirli bilinən Səbuhi Babayevin cinayət işi  üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Səbuhi Babayev 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, qətl hadisəsi keçən il iyulun 26-da baş verib. Məlahət Rəsulovanın yaşadığı evdə yanğın baş verib və yanğın söndürüldükdən sonra onun meyiti tapılıb.

Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məlahət Rəsulovanı evində boğaraq qətlə yetirmiş rayon sakini, əvvəllər məhkum olunmuş Səbuhi Babayev tutulub.

Araşdırmalar zamanı Məlahət Rəsulovanın boğulma yolu ilə qətlə yetirilməsi və evinin yandırılması müəyyən edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 186
avatar

Səlcuq Elçin

Oxşar yazılar