Lənkəran rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 8-də Lənkəran rayonunun Parakənd kəndində yaşayan Sübyə Həbibzadə qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilib. S.Həbibzadənin həyatını xilas etmək mümkün olmayıb.
Araşdırmalar aparılır.