Ermənistan prezidenti Serj Sərkisyan sentaybrın 16-da Rusiyanın paytaxtı Moskvaya səfər edəcək. Lent. az-ın məlumatına görə, prezidentin mətbuat xidməti Sərkisyanın Moskvada kilsə kompleksinin açılışında iştirak edəcəyini xəbər verib.
Mətbuat xidmətindən Rusiya prezidenti Vladimir Putinlə mümkün görüşə dair heç nə deyilməyib.
Qeyd edək ki, bir neçə gün öncə Putin İrəvana səfərini təxirə salıb.