Astara Gömrük İdarəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına sərnişin avtobusu ilə gələn İran vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, yoxlama zamanı həmin şəxsin üzərində gömrük nəzarətindən gizlədilmiş 2 ədəd bükümdə, xalis çəkisi 1,947 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunaraq götürülüb.
Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir. Faktla bağlı araşdırma aparılır.