Prorektorun evindən yarım milyon aparanlar məhkəmə qarşısında
01 noyabr 2016 11:05 (UTC +04:00)

Prorektorun evindən yarım milyon aparanlar məhkəmə qarşısında

Universitetin prorektorunun evindən yarım milyon manatlıq oğurluq edən şəxslərin məhkəməsi başladı.

 

Lent.az-ın məlumatına görə, oğurluqda təqsirləndirilən Sübhan Ələkbərov Pərviz Quliyev Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov və Nemət Fərhadovun cinayət işi üzrə məhkəmə başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı noyabrın 10-a təyin edilib.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər Nərimanov rayon ərazisində Odlar Yurdu Universitetinin birinci prorektoru Munir Vəliyevin evindən oğurluq ediblər. Ümumilikdə 429 min 172 manat dəyərində əmlakını ələ keçiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 199
avatar

Səlcuq Elçin

Oxşar yazılar