Prokuror Suriyada döyüşən azərbaycanlılara 15 il həbs istədi
18 may 2015 11:59 (UTC +04:00)

Prokuror Suriyada döyüşən azərbaycanlılara 15 il həbs istədi

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı vuruşmaqda təqsirli bilinən Hüseyn Məmmədov və Nicat Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, məhkəmədən hər iki təqsirirləndirilən şəxsin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi mayın 22-də davam edəcək.

 

İstintaq yolu ilə müəyyən edilib ki, Nicat Abbasov və Hüseyn Məmmədov bir qrup şəxslə əlbir olaraq xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış, terror təşkilatı kimi tanınan “ən-Nüsra Cəbhəsi” adlı cinayətkar birliyin tərkibinə daxil olan Suriya Ərəb Respublikası ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində dini düşmənçilik zəminində iştirak ediblər. Bu cinayətlərə görə onlar Suriya Ərəb Respublikasında məhkum olunmayıblar.

 

Təqsirləndirilən şəxs qismində istintaq zamanı dindirilən Hüseyn Məmmədov ona elan olunmuş ittihamla özünü təqsirli bilib.

 

H.Məmmədov ifadəsində 2004-cü ildən İslam dininə ibadət etdiyini, əhli-sünnə təriqətində olduğunu deyib. 2013-cü ilin yay aylarında isə Türkiyənin Qaziantep şəhərində yaşayan Abu Yamin adlı şəxslə “skayp” vasitəsilə tanış olub. Həmin şəxsdən Türkiyədən Suriyaya cihad etmək üçün keçmənin mümkün olub-olmadığını soruşub. Abu Yamin də bunun mümkün olduğunu deyib: “Suriyaya gedib cihada qoşulmaq istədim. 2013-cü ilin avqust ayında Yevlax bazarında meyvə-tərəvəz satarkən həmyerlim Bilalı gördüm. Bilal yaxın günlərdə Türkiyəyə işləməyə gedəcəyini dedi. Ona birlikdə getməyi təklif etdim. Bilal Türkiyəyə nə məqsədlə getməyimi bilmirdi. İstanbula çatanda ayrıldıq. Bilalın hara getdiyini bilmədim.

 

Mən özüm Qaziantep şəhərinə gəlib Abu Yaminlə görüşdüm, orada qaldım. Sonra onun vasitəsilə qaçaq yolla keçərək “Cəbhətul əl-Nüsra” təşkilatının tərkibinə daxil olan və Erol adlı türk vətəndaşının rəhbərlik etdiyi “Cundullah Şam Dəvəti İbrahim” adlı silahlı dəstəyə qoşuldum. Həmin dəstənin tərkibində dini və hərbi təlimlərdə iştirak etdim.

 

Amma təlimlərlə kifayətlənib məni döyüşə buraxmadılar. 2014-cü ilin mart ayının əvvəllərində əslən Yevlaxdan olan Nicat Abbasovun da Suriyada “Cəbhətul əl-Nüsra” tərkibində olduğunu eşitmişdim. Bir müddət sonra təxminən 2014-cü ilin aprel ayında dövlətə qarşı vuruşan müxtəlif silahlı qruplaşmalar arasında - İŞİD, “əl-Qaidə”, “Cəbhətul əl-Nüsra” toqquşmalar baş verdi. Buna görə də orada vəziyyət qarışdı. “əl-Qaidə” terror qruplaşmalarının üzvləri məni və digər mühacirləri tərksilah edib əsir götürdülər. “əl-Qaidə”yə biət etməyi, ya da Suriyanı tərk etməyi tələb etdilər. Beş-altı gün əsir saxlanılandan sonra Suriyadan Türkiyəyə qovdular.

 

Qaziantepə qayıdanda Nicat Abbasovla rastlaşdım. Birlikdə Azərbaycana qayıtdıq. Azərbaycan-Gürcüstan sərhəddində MTN əməkdaşları tərəfindən yaxalandıq”.

 

Təqsirləndirilən şəxs qismində istintaq zamanı dindirilən Nicat Abbasov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində Abu İshaq adlı türk vətəndaşı ilə skayp vasitəsilə tanış olduğunu, həmin vaxtlar Suriyada baş verən hadisələri görüb oraya gedib cihad etmək qərarına gəldiyini göstərib: “2014-cü ilin yanvar ayında Balakən rayonundan keçib Türkiyəyə getdim, Abu İshaqla görüşdüm, cihad etmək üçün Suriyaya getməkdə yardımçı olmasını xahiş etdim.

 

10 gün orada qaldım. Onun vasitəsilə Suriyaya getdim. Sərhəd açıq olduğundan heç kim sənəd istəmədi. Sarma şəhərində məskunlaşdım və “Cəbhatul əl-Nüsra” qruplaşmasının tərkibinə daxil oldum. Hərbi təlimlərdə iştirak etsəm də məni döyüşə buraxmadılar. Bunu ərəb dilini zəif bilməyimlə əlaqələndirdilər. “əl-Qaidə” tərəfindən əsir götürüldüm, on gün əsir saxlanılandan sonra bizi Türkiyəyə qovdular”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 124
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21