Prokuror polisin bacısını oğurlamaq istəyənlərə cəza istədi
25 noyabr 2014 17:51 (UTC +04:00)

Prokuror polisin bacısını oğurlamaq istəyənlərə cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Quba sakinləri Nizami Nəcəfov, Vəfanur Məmmədov, habelə onun qardaşı Vəfadar Məmmədovun işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxslərə cəza istəyib. İttihamçı-prokuror Nizami Nəcəfovun 8 il 6 ay, Vəfanur Məmmədovun 7 il, Vəfadar Məmmədovun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.


Proses dekabrın 2-də davam etdiriləcək.


Qeyd edək ki, təqsirləndirilən şəxslər bu ilin yanvar ayında Cinayət Məcəlləsinin 228.2.1-ci (bir qrup şəxs tərəfindən qanunsuz silah və döyüş sursatı saxlanılması) maddəsi ilə həbs ediliblər. İstintaq zamanı onlara Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.6-cı (bir qrup şəxs tərəfindən əvvəlcədən əlbir olmaqla insan oğurluğu) maddələri ilə də ittiham irəli sürülüb. Belə ki, Nizami Nəcəfov və Məmmədov qardaşları Quba rayonu Nüqədi kənd sakini Mərziyə Osmanovanı oğurlamağa cəhd ediblər. Adı çəkilən qadının Quba rayon polis şöbəsinin əməkdaşının bacısı olduğu bildirilir. Məqsəd polis əməkdaşından bacısının qarşılığında pul almaq olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1022

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15