Prokuror MTN-nin yaxaladığı şəxslərə 15 il istədi
29 yanvar 2015 16:39 (UTC +04:00)

Prokuror MTN-nin yaxaladığı şəxslərə 15 il istədi

0

Bakı Ağır Cinayətlər Məhkəməsində İran xüsusi xidmət orqanlarına işləməkdə ittiham olunan Lənkəran şəhər sakinləri - Faiq Qurbanov və Seymur Rzazadənin məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses fevralın 5-də davam etdiriləcək.

Qeyd edək ki, ittiham aktına görə, təqsirləndirilən şəxslər İranın xüsusi xidmət orqanı olan ETTELAAT-la əməkdaşlığa cəlb olunublar. Onlar Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirli bilinirlər. İttihama əsasən, Faiq Qurbanov 2013-cü ildə ETTELAAT-ın əməkdaşı olan Bilal adlı şəxslə əməkdaşlıq edib. Həmin şəxs Faiq Qurbanova Azərbaycanla bağlı məxfi məlumatlar əldə etmək üçün xüsusi tapşırıqlar verib.

Seymur Rzazadə isə ETTELAAT-ın Qaffari adlı üzvü ilə əməkdaşlığa cəlb olunub.

Hər iki şəxs Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunublar

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 247

Oxşar yazılar