Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı bildirilib. Söz dövlət ittihamçısına verilib. İttihamçı- prokuror çıxış edərək, məhkəmədən Rəsul Cəfərov 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi aprelin 14-ə təyin edilib.
Qeyd edək ki, İnsan Haqları Klununun sədri R. Cəfərov ötən il avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.
R. Cəfərov barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanıb.