Prokurordan "Lotu Quli"nin qohumu ilə bağlı <span style="color:red;">GÖZLƏNİLMƏZ QƏRAR
06 dekabr 2017 13:24 (UTC +04:00)

Prokurordan "Lotu Quli"nin qohumu ilə bağlı GÖZLƏNİLMƏZ QƏRAR

 

 

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Alllahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə  məhkəmə istintaqı başa çatıb.

 

 Söz dövlət ittihamçısına verilib.

 

 

Prokuror çıxışında M.Namazovun barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin (qanunsuz olaraq külli miqrdarda narkotik) 234.1-ci (satış məqsədi ilə narkotik) və 228.2.2-ci (qanunsuz silah saxlama - təkrar törədildikdə ) maddəsini isə 228.1-ci və 228.4-cü maddələrinə tövsif edilməsini istəyib.

 

Dövlət ittihamçısı onun 4 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

 

 

Qeyd edək ki, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildən "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub.

Daha sonra Məhəbbət Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb.

Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 234
avatar

Səlcuq Elçin

Oxşar yazılar