<b>Prezident Xızıya  4,8 milyon manat ayırdı - </b><span style="color:red;">SƏRƏNCAM
04 may 2018 17:38 (UTC +04:00)

Prezident Xızıya 4,8 milyon manat ayırdı - SƏRƏNCAM

0

 

Prezident İlham Əliyev Xızı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən,  Xızı şəhərində 1 nömrəli tam orta məktəbin 420 şagird yerlik yeni binasının tikintisi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 4,8 milyon manat, o cümlədən 1 nömrəli tam orta məktəbin yeni binasının tikintisi üçün Təhsil Nazirliyinə 3,8 milyon, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Xızı Rayon İcra Hakimiyyətinə 1 milyon manat ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 408

Oxşar yazılar