Prezident İlham Əliyev sentyabrın 10-da Naftalan şəhərinə səfər edib. Lent.az-ın məlumatına görə, prezident əvvəlcə Naftalan şəhərinin mərkəzində Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında, eləcə də Naftalanda aparılan abadlıq-quruculuq işləri, habelə inşası davam edən və layihəsi planlaşdırılan tikinti kompleksləri barədə məlumat verib. Bildirilib ki, ümumi ərazisi 3,9 hektar olan bu istirahət məkanında fəvvarə quraşdırılıb, müasir işıq dirəkləri və oturacaqlar qoyulub, yaşıllıq zolağı salınıb. Son illərdə bu park sakinlərin istirahət üçün ən çox üz tutduqları məkanlardan birinə çevrilib. Burada istirahət üçün hər cür şərait yaradılıb.
****
Prezident bu gün Naftalanda “Qarabağ” sanatoriyasında tikinti işlərinin gedişi ilə tanış olub. Dövlət başçısı Naftalan şəhərinə içməli suyun verilməsi mərasimində və həmçinin Heydər Əliyev Mərkəzinin açılışında
iştirak edib.