Prezident BƏƏ və Laos liderlərini təbrik etdi
01 dekabr 2015 18:28 (UTC +04:00)

Prezident BƏƏ və Laos liderlərini təbrik etdi

0

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin müstəqillik günü münasibəti ilə  həmkarı Əlahəzrət şeyx Xəlifə bin Zayed Al Nəhyanı təbrik edib.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:

 

“Əlahəzrət,

Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim sülh və rifah diləyirəm”.

 

Prezident İlham Əliyev həmçinin Laos Xalq Demokratik Respublikasının Prezidenti Çoummali Sayasoneyə bu ölkənin milli bayramı – Respublika günü münasibətilə təbrik məktubu göndərib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 267

Oxşar yazılar