Prezident iki fərman verdi
27 dekabr 2012 19:57 (UTC +04:00)

Prezident iki fərman verdi

0

Prezident İlham Əliyev “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmana dəyişikliklər edilməsi haqqında fərman verib. Lent.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, fərmana əsasən, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanının 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, ikinci bənddə “24-cü” sözlərindən sonra “(xüsusi təhsil haqqında dövlət nümunəli sənəd almaq üçün təhsil alanların yekun attestasiyasının aparılması vəzifəsi istisna olmaqla)” sözləri əlavə edilib.

 

Dəyişikliyə bu  məzmunda üçüncü bənd əlavə edilib:

 

Bu məzmunda “həmin Qanunun 24-cü maddəsində (xüsusi təhsil haqqında dövlət nümunəli sənəd almaq üçün təhsilalanların yekun attestasiyasının aparılması vəzifəsi barədə) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Tələbə Qəbulu üzrə Dövlət Komissiyası həyata keçirir”.

 

Digər fərmana əsasən isə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 mart tarixli 732 nömrəli Fərmanında dəyişiklik edilməsi barədədir. Dəyişikliyə əsasən, fərmanın 2-ci hissəsində ”8.0.5-ci” sözləri “8.0.7-ci” sözləri ilə əvəz edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2206

Oxşar yazılar