Prezident Fritz Neugebaueri qəbul edib
05 mart 2013 15:38 (UTC +04:00)

Prezident Fritz Neugebaueri qəbul edib

Prezident İlham Əliyev martın 5-də Avstriya Respublikasının Milli Şurasının ikinci prezidenti Fritz Neugebauerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, dövlət başçısı Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında ikitərəfli əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

F. Neugebauer Prezident Haynts Fişerin salamlarını dövlətimizin başçısına çatdırıb. Son 20 ildə ölkələrimiz arasında münasibətlərin yüksək templərlə inkişaf edərək hazırkı səviyyəyə qalxdığını vurğulayan qonaq 2010-cu ildə Avstriyanın Azərbaycanda səfirliyinin açılmasını və 2011-ci ildə Prezident Haynts Fişerin böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etməsini bunun bariz nümunəsi kimi dəyərləndirib.

Dövlət başçısı prezident Haynts Fişerin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Avstriya dövlətinin başçısına çatdırmağı xahiş edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 449
avatar

Oxşar yazılar