Prezident İlham Əliyev sentyabrın 9-da ATƏT-in Minsk qrupunun yeni təyin olunmuş amerikalı həmsədri Ceyms Uorliki qəbul edib. Lent.az-ın məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb. ATƏT-in Minsk qrupunun yeni təyin olunmuş amerikalı həmsədri C. Uorlik Birləşmiş Ştatların Prezidenti Barak Obamanın məktubunu dövlət başçısına təqdim edib.