APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
“Hazırda Rusiya və Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın həcmi 4 milyard dollar təşkil edir”, - deyə dövlət başçısı vurğulayıb.
O, bu əməkdaşlığın aktiv şəkildə davam edəcəyinə əminliyini ifadə edib: “Azərbaycan artıq dünyada haqlı olaraq ən yaxşılardan sayılan Rusiya texnikasının alıcısı olan aparıcı ölkələr sırasındadır”.