İngiltərə Premyer Liqasında çıxış edən “Suonsi” klubu ABŞ milyonçuları tərəfindən satın alınıb. Apasport.az saytının məlumatına görə, bu barədə klubdan açıqlama verilib.
Ceyson Levyen və Stiv Kaplan adlı şəxslər tərəfindən idarə edilən konsorsiyumun 100 milyon funt-sterlinq ödəyərək 60%-ni əldə etdiyi klubun pezident və vitse-prezident postunda dəyişiklik edilməyəcək.
Belə ki, Uels təmsilçisində 13,2 % hissəyə sahib olan Hyu Cekins və 5,3 faizlik səhmi olan Lay Dinen tutduqları vəzifəni davam etdirəcəklər.
Qeyd edək ki, 2011-ci ildə Premyer Liqaya yüksələn komanda ötən mövsümü 12-ci sırada bitirmişdi.