Ağdaş və Zərdabda kənd sakinlərindən sənədsiz “TOZ” markalı ov tüfəngləri götürülüb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Ağdaş rayon polis şöbəsinin əməkdaşları əvvəldən daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçiriblər. Nəticədə Pirkəkə kənd sakini M.İsmayılovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.
Həmçinin Daxili İşlər Nazirliyindən Lent.az-a daxil olan məlumata görə, Zərdab rayon polis şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında əməliyyat tədbirləri keçirildiyi bildirilir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Alıcanlı kənd sakini A.Şükürovdan sənədsiz “TOZ” markalı ov tüfəngi götürülüb.
Mehman Nəbiyev