Polis rəisinin Mehman Hüseynovdan şikayəti icraata götürüldü
24 fevral 2017 12:10 (UTC +04:00)

Polis rəisinin Mehman Hüseynovdan şikayəti icraata götürüldü

 

Bu gün Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin sosial şəbəkə istifadəçisi Mehman Hüseynov barəsində xüsusi ittiham qaydasındakı iddiası üzrə məhkəmə keçirlib.

 

Lent.az-ın məlumatına görə, Suraxanı Rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyi ilə  hazırlıq iclası baş tutub. Prosesdə xüsusi ittiham qaydasındakı iddia icraata qəbul olunub.

 

Vəkil Elçin Sadıqov bildirib ki, xüsusi ittiham qaydasındakı şikayətin icraata qəbul edilməsindən imtina barədə vəsatət qaldırsa da, təmin edilməyib.

 

 

 

Məhkəmə fevralın 27-də davam edəcək.

 

 

Qeyd edək ki, bir müddət əvvəl Mehman Hüseynov polis tərəfindən saxlanılmışdı. Ona  İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə ittiham verilmiş və Nəsimi rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimə edilmişdi.

 

Mehman Hüseynov Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ona işgəncə verildiyini iddia etmişdi. DİN isə bu iddiaların böhtan olduğunu bildirib.

 

Daha sonra Nəsimi rayon polis idarəsinin rəisi Musayev Musa Oktay oğlu Mehman Hüseynovun xüsusi ittiham qaydasında cəzalanması ilə bağlı məhkəmə müraciət edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 225
avatar

Səlcuq Elçin

Oxşar yazılar