Polis qadınların cibinə girən kişini tutdu
14 dekabr 2015 12:39 (UTC +04:00)

Polis qadınların cibinə girən kişini tutdu

0

Bakıda cibgirliklə məşğul olan şəxs tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Nizami RPİ CAŞ, PPXB və 24-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 12-də Q.Qarayev prospektində yerləşən bazarda Qəbələ rayon sakini, 1968-ci il təvəllüdlü Mehriban Səmədovanın cibindən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Sakit Əliyev tutulub. Müəyyən edilib ki, o, dekabrın 5-də 51 saylı xətt avtobusunda Bakı şəhər sakini Zəhra Mayılovanın cibindən mobil telefon oğurlayıb.

 

Araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar