Polis metronun «20 Yanvar» stansiyasında cinayətkarı yaxaladı
15 dekabr 2012 11:56 (UTC +04:00)

Polis metronun «20 Yanvar» stansiyasında cinayətkarı yaxaladı

Bakıda oğurluq etmiş şəxs yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, dekabrın 14-ü saat 17:00 radələrində metronun «20 Yanvar» stansiyasında Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Abdulov Bakı şəhər sakini Kənan Paşayevin işlədiyi köşkdən 76 ədəd lotoreya biletini oğurlayıb.

 

Bakı şəhər BPİ Metropolitendə Polis Şöbəsinin əməkdaşları R.Abdulovu yaxalayıb.

 

Saxlanmış şəxs ətrafında əlavə araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1907

Oxşar yazılar