Polis maşını ağır qəzaya düşdü: yaralılar var  - FOTO
15 yanvar 2013 09:39 (UTC +04:00)

Polis maşını ağır qəzaya düşdü: yaralılar var - FOTO

 

Gəncə şəhərində birt neçə nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Kəpəz televiziyasına istinadən verdiyi məlumata görə, Heydər Əliyev prospekti ilə Xanlar küşəsinin kəsişməsində Nəqliyyatda Baş Polis İdarəsinin Gəncə şəhər şöbəsinin 90 AL 134 dövlət nömrə nişanlı post-patrul maşını, 20 CJ 354 dövlət nömrə nişanlı Mersedes markalı mikroavtobusla toqquşub.


Nəticədə 28 yaşlı Səxavət Nağı oğlu Nəsibov və 24 yaşlı Elşən Məcid oğlu Əsədov xəstəxanaya aparılıb. Digər nəqliyyat vasitəsinin sürücüsü isə qaza zamanı ərazidən qaçıb. Hazırda hər iki xəstə müşahidə altındadır.

# 2153
avatar

Nizam Rza

Oxşar yazılar