Polis borclu kimi axtarılan 22 nəfəri saxladı
05 sentyabr 2019 11:18 (UTC +04:00)

Polis borclu kimi axtarılan 22 nəfəri saxladı

0
Daxili İşlər Nazirliyi ötən gün ərzində ölkədə baş verən kriminal hadisələrin statistikasını açıqlayıb.
 
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata əsasən, gün ərzində törədilən 16 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən qalan 24 cinayətin təfərrüatları məlum edilib.
 
Axtarışda olan ümumi 49 nəfər, o cümlədən müki-hüquqi öhdəliklərdən yayınan 1 nəfər və borclu kimi axtarılan 22 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
 
Həmçinin respublikanın avtomobil yollarında baş verən 3 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Bundan əlavə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt qeydə alınıb. Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.
 
Mehman Nəbiyev
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1010

Oxşar yazılar