Polis 72 ədəd su sayğacı oğurlayanı tutdu
05 sentyabr 2019 19:40 (UTC +04:00)

Polis 72 ədəd su sayğacı oğurlayanı tutdu

0

Yasamal rayonunda avtomobil oğurlanması barədə DİN-ə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyndən Lent.az-a verilən məlumata əsasən, Yasamal RPİ 29-cu PŞ əməkdaşları baş verən avtomobil oğurluq hadisəsi üzrə əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Nəticədə Bakı şəhər sakini F.Aşurluya məxsus “VAZ-2121” markalı avtomobili qaçırmaqda şübhəli bilinən R.Əliyev saxlanılıb.

Aparılan əməliyyat tədbirləri ilə onun müəssisələrin birinin anbarından 72 ədəd su sayğacı oğurlaması da müəyyən edilib.

Mehman Nəbiyev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 705

Oxşar yazılar