Poçta, lombarda, aptekə basqın edənlər tutulub – BAKIDA
17 sentyabr 2014 11:20 (UTC +04:00)

Poçta, lombarda, aptekə basqın edənlər tutulub – BAKIDA

Bakıda oğurluqla məşğul olan şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Xəzər RPİ CAŞ, PPXB və 1-ci PB-nin keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - Ceyhun Şamilov, Tərlan Hüseynov, Nicat Kərimov və qardaşı Ağabala tutulublar. Məlum olub ki, onlar avqustun 14-də N.Hüseynov küçəsində yerləşən, Əhməd Abbasova məxsus lombarddan pul oğurlasalar da, həmin gün eyni məqsədlə daxil olduqları, Zirə qəsəbəsində yerləşən 120 saylı Poçt filialında istədiklərinə nail olmayıblar. Bundan başqa araşdırmalar zamanı məlum olub ki, yaxalanan şəxslər iyulun 25-nə keçən gecə Zirə qəsəbəsində yerləşən yerləşən, Vüsal Məmmədliyə məxsus aptekdən, avqustun 4-də Rəfael Əliyevə və sentyabrın 6-da Mais Məmmədova məxsus mağazalardan pul oğurlayıblar.

 

 

Araşdırmalar davam etdirilir.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 697
avatar

Oxşar yazılar